Dünyadan

“Çelsi” Hazardı alman klubuna satdı – Rəsmi

Müqavilə ilə “Çelsi”yə məxsus və “Borussiya  Münhenqladbax”da icarə əsasında çıxış edən Torgan Hazard alman klubu ilə rəsmi müqavilə imzalayıb.

“Borussiya  Münhenqladbax”ın rəsmi saytının verdiyi məlumata görə, hücumameyilli yarımmüdafiəçi ilə 2020-ci ilə qədər müqavilə imzalanıb.

Bu mövsüm alman klubun heytində meydana çıxan Hazard 18 matçda 1 qol vurub və 5 məhsuldar ötürmə ilə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43