Dünya futbolu

“Çelsi” onlarla yollarını ayırır – adlar

“Çelsi” yayda bir neçə üzvü ilə yollarını ayırmağı düşünür.

İdmanxeber.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Bildirilir ki, baş məşqçi Qrem Potter heyətdə düşünmədiyi futbolçuların siyahısını hazırlayıb.

Bunlar Hakim Ziyeş, Kristian Pulişiç, Kay Haverts, Eduard Mendi, Meyson Maunt, Mateo Kovaçiç, Ruben Loftus-Çik, Konor Qallaqer, Trevo Çaloba və icarə əsasında “Çelsi”də çıxış edən Denis Zakariadır.

Bunlarla yanaşı, icarə əsasında “İnter”də çıxış edən hücumçu Romelo Lukakunun komandaya qayıdacağı gözlənilir. A Seriyası təmsilçisi onu nöbəti dəfə icarəyə götürməyi düşünmür.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43