Ölkə futbolu

“Millidə çıxış etmək ən böyük arzumdur” – “Turan Tovuz”un qapıçısı

“Oyunun çətin keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq. Ancaq bu gün “Neftçi” əla formadadır. Qış fasiləsindən sonra fərqi çıxış edirlər. “Qarabağ”la oyunda da yaxşı formada olduqları göründü. Məşqçinin dediklərini tam yerinə yetirə bilmədik. Sadəcə, alınmadı. Başqa heç nə. Həmişə çalışırıq onun dediklərini yerinə yetirək. Bu oyunu unutmaq lazımdır. Artıq “Qəbələ” görüşünü düşünməliyik”.

Bu sözləri idmanxeber.az saytına “Turan Tovuz”u qapıçısı Tərlan Əhmədli “Neftçi” oyunu (4:0) barədə danışarkən deyib. 28 yaşlı qolkiper “ağ-qaralar”la keçirəcəkləri Azərbaycan kubokunun yarımfinal qarşılaşmasından da danışıb:

“Bütün oyunlar çətindir. Kubok matçına hələ çox var. Həmin oyunda fərqli nəticə ola bilər. Məqsədimizn finala yüksəlməkdir. Bunu bacara biləcək komandaya sahibik.

Azarkeşlərimiz bu gün möhtəşəm idilər. Hər birinə təşəkkür edirik. Qarşıdakı qarşılaşmalarda onları sevindiməyə çalışacağıq.

Əhmədli Azərbaycan millisinin AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki oyun üçün heyətə dəvət almağı çox istədiyini açıqlayıb:

“Milli komandaya dəvət almaq hamımızın arzusudur. Çox istəyərəm çağırılmağı. Əlimdən gələni etməyə hazıram. Canni De Byazi kimi məsləhət bilsə, onu da dəvət edəcək”.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43