19 İyun 2026
Dünya futbolu

Çempionlar Liqası: “Barselona” və PSJ-dən qələbə

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki matç keçirilib.

İdmanxeber.az xəbər verir ki, PSJ “Aston Villa”nı qəbul edib. Dörd qolun qeydə alındığı matçda Paris klubu qələbəyə sevinən tərəf olub – 3:1.

“Barselona” isə “Borussiya”nı qəbul edib. Görüş katalonların böyükhesabslı qələbəsi ilə yekunlaşıb – 4:0.

1/4 final mərhələsinin cavab oyunları aprelin 15-16-da baş tutacaq. 

UEFA Çempionlar Liqası

1/4 final, ilk oyunlar

9 aprel

23:00. “Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) – 4:0

Qollar: Rafinya, 25, Levandovski, 48, 66, Yamal, 77

Hakimlər: Espen Eskos, Yan-Erik Enqan, İsaak Elias Başevkin, Rohit Sacci (hamısı Norveç)

VAR: Dennis Hiqler (Niderland)

AVAR: Kley Ruperti (Niderland)

23:00. PSJ (Fransa) – “Aston Villa” (İngiltərə) – 3:1

Qollar: Rogers, 35 (0:1), Due, 39 (1:1), Kvaratsxeliya, 49 (2:1), Mendeş, 90+2 (3:1)

Hakimlər: Mauritsio Mariani, Daniele Bindoni, Alberto Teqoni, Simone Sozza (hamısı İtaliya)

VAR: Marko Di Bello (İtaliya)

AVAR: Luka Pairetto (İtaliya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43