Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçiriləcək.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ da bu gün meydana çıxıb.
Qurban Qurbanovun komandası İspaniya səfərində “Atletik”lə üz-üzə gəlib. Görüş ev sahibinin qələbəsilə başa çatıb – 3:1.
“San Mames” stadionunda keçirilən oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edib.
“Qarabağ” bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlib, “Atletik” isə hələ ki, xal qazanmamışdı.
22 oktyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. “Atletik” – “Qarabağ” 3:1
Baş hakim: İqor Payaç (Xorvatiya)
“San Mames” stadionu

