25 İyun 2026
Dünya futbolu

Çempionlar Liqası: “Trabzonspor” finalda!

UEFA Gənclər Çempionlar Liqasının yarımfinal matçlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, qardaş Türkiyə təmsilçisi “Trabzonspor” bu mərhələdə Avstriyanın “Salzburq” kollektivi ilə qarşılaşıb.

İlk hissəsi qolsuz başa çatan görüşün ikinci yarısında qapılara 3 qol vurulub. Trabzon təmsilçisinin futbolçuları daha dəqiq oynayaraq finala vəsiqə qazanıb – 2:1.

Finalda “Trabzonspor” klubunun rəqibi “Az Alkmar” – “Barselona” cütünün qalibi olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43