Misli Premyer Liqasında XXXII tura bu gün start verilib.
İdmanxeber.az-ın məlumatına görə, günün yeganə matçı Tovuzda baş tutub.
“Turan Tovuz” doğma azarkeşləri önündə “Şamaxı” ilə heç-heçə edib – 1:1.
Meydan sahibləri 49 xalla dördüncü, qonaqlar 35 xalla yeddinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
IV dövrə, XXXII tur
25 aprel
19:00. “Turan Tovuz” – “Şamaxı” 1:1
Qollar: Kauan Martins, 54 (1:0), Brahim Konate, 56 (1:1)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu
Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.

