Kateqoriyasız

Ceyhun Sultanov “Sumqayıt”a qayıtdı

Azərbaycan millisinin və “Sumqayıt” klubunun sabiq futbolçusu Ceyhun Sultanov yenidən komandaya qayıdıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsüm futbolçu karyerasını başa vuran adıçəkilən mütəxəssis “Sumqayıt”da baş menecer vəzifəsində çalışacaq.

Sultanov əsas, əvəzedici və akademiya üçün seleksiya işləri aparacaq, futbolçu transferləri ilə yaxından məşğul olacaq.

Qeyd edək ki, Ceyhun Sultanov 2012/2013 mövsümündə futbolçu kimi “Sumqayıt”da çıxış edib və keçirdiyi 16 oyunda 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43