İdman

Cüdoçularımız Avropa Çempionatında iştirak edəcəklər

Noyabrın 11-də İsrailin paytaxtı Tel-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürəcək.

İdmanxeber.com xəbər verir ki, 2 gün davam edəcək yarışa Azərbaycan yığması da qatılacaq.

Məşqçilər Korpusu İsraildə Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Telman Vəliyev (66 kq), Hidayət Heydərov, Fəqan Quluzadə (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Firudin Dadaşov, Vasif Sərbətli (hər ikisi 90 kq) və Cəlil Şükürovu sınamağı qərara alıb.

Çempionatda 40 ölkədən 341 cüdoçunun iştirakı gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43