Dünyadan

Fa-dan Mourinyoya cəza

İngiltərə Futbol Assosiasiyası (FA) "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

 

İdmanxeber.com xəbər verir ki, portuqaliyalı mütəxəssiz 1 oyun diskvalifikasiya olunub. O, növbəti matçı tribunadan izləyəcək. 

 

 
Xatırladaq ki, mütəxəssis 17 oktyabrda keçirilən "Liverpul" – "Mançester Yunayted" (0:0) matçından öncə görüşün baş hakimi Antoni Teylor barəsində ittihamlar irəli sürmüşdü. FA-nın qaydalarına əsasən matçdan öncə hakimlər barədə danışmaq onların qərarlarına təsir etmə ehtimalı olduğu üçün qadağandır. Bundan əlavə, o, İngiltərə Premyer Liqasının son turunda "Bernli" ilə matçda hakimə etiraz etmişdi. O, oyunun  48-ci dəqiqəsində Darmianın yerə yıxıldığı epizodda hakimdən penalti tələb etmişdi. Oyunun ədalət təmsilçisi isə cavab olaraq portuqaliyalı mütəxəssisi texniki zonadan qovmuşdu.

 

 

 
Qeyd edək ki, "Mançester Yunayted" növbəti tur "Suonsi" ilə qarşılaşacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43