Dünya futbolu

Daha 4 il “Yuventus”da

“Yuventus” Daniele Ruqani ilə müqaviləni uzadıb. Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı müdafiəçi ilə 4 illik sözləşmə imzalanıb. İtaliyalı futbolçu yeni anlaşmaya əsasən, ilinə 3 milyon avro qazanacaq.

2013-cü ildən Turin klubunda çıxış edən Ruqani bu mövsüm 14 oyuna çıxıb və 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43