Dünya futbolu

DÇ-2022: İranlı futbolçulara hakimiyyətdən işgəncə və həbs xəbərdarlığı

DÇ-2022-nin üçüncü turunun bu gün keçiriləcək ABŞ-la oyunundan əvvəl İranlı futbolçuların yaxınları yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə CNN iddia irəli sürüb. İranlı futbolçulara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.

İranlı oyunçular özlərini “düzgün aparmasalar”, qohumları həbs edilə və işgəncəyə məruz qala bilər.

İran – ABŞ matçı bu gün saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43