İdman

Donald Geryenin 1 yaşındakı qızı öldü!

“Qarabağ”ın yarımmüdafiəçisi Donald Geryeyə ağır itki üz verib.

İdmanxeber.com-un Ağdam klubunun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, haitili futbolçunun azyaşlı qızı dünyasını dəyişib. 1 yaş 6 aylıq Miah ürək çatışmazlığından əziyyət çəkirmiş.

Bununla əlaqədar “Qarabağ” klubunun kollektivi Donald Geryeyə başsağlığı verib.

Allah rəhmət eləsin!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43