Ölkə futbolu

Elnur Cəfərov rəsmən “Neftçi”li oldu

“Neftçi” daha bir futbolçunun transferini açıqlayıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, U-21 millimizin üzvü Elnur Cəfərovla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın yetirməsi olan 20 yaşlı hücumçu son olaraq Xorvatiyanın “Duqopolye” klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43