Kateqoriyasız

Emin Mahmudov zirvədə – Avropa zonası üzrə

Azərbaycan millisinin üzvü Emin Mahmudov DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində ən çox ikili mübarizədən qalib ayrılan futbolçudur.

İdmanxeber.az-ın məlumatına görə,29 yaşlı yarımmüdafiəçi 26 dəfə belə top qazanıb. Mahmudovu sloveniyalı müdafiəçi Petar Stoyanoviç izləyir (18).

Azərbaycan millisinin digər üzvü Anton Krivotsyuk isə 3-cü sırada qərarlaşıb. O, 17 dəfə rəqibindən topu oğurlaya bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43