Kateqoriyasız

“Legiya” Mahir Emrelini sifariş etdi

Polşanın “Legiya” klubu Avropa Liqasının oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

İdmanxeber.az-ın məumatına görə, Varşava təmsilçisində oynayan millimzin üzvü Mahir Emreli də Avroliqa oyunları üçün sifariş olunub.

Qeyd edək ki, “Legiya” Avropa Liqasının C qrupunda “Napoli” (İtaliya), “Spartak” (Moskva, Rusiya) və “Lester” (İngiltərə) ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43