04 İyun 2026
Dünya futbolu

Emre Super Liqa klubu ilə anlaşdı – RƏSMİ

Türkiyənin Super Liqa təmsilçisi Kasımpaşa komandasına yeni baş məşqçi təyin olunub.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi Emre Belözoğlu ilə rəsmi müqavilə imzalandığını açıqlayıb.

Məlumata görə, İstanbul təmsilçisi əvvəlki çalışdırıcısı ilə yolları ayırdıqdan sonra Belözoğlu ilə danışıqları sürətləndirib və anlaşma əldə olunub. Klub rəhbərliyinin də iştirak etdiyi imza mərasimindən sonra Kasımpaşada yeni dövrün başladığı bildirilib.

Kasımpaşa rəhbərliyi yeni baş məşqçidən komandanın çıxışında sabitlik və yüksəliş gözlədiyini vurğulayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43