19 İyun 2026
Dünya futbolu

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

Səudiyyə Ərəbistanın “Əl-Əhli” klubu braziliyalı futbolçu Vinisius Juniorun transferində maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik oyunçu üçün 350 milyon avro təzminat ödəməyə hazırdır. Bununla yanaşı, onlar futbolçuya 5 beş illik müqavilə və ümumilikdə 1 milyard avro maaş təklif edib. 

25 yaşlı futbolçu hazırda “Real”la müddəti 2027-ci ilə qədər olan müqaviləsinin uzadılması ilə bağlı danışıqları dayandırıb. O, son mövsümdə 58 oyunda meydana çıxaraq, 22 qol vurub və 19 məhsuldar ötürmə verib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43