Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Kərim Benzema karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, “Fənərbaxça” 37 yaşlı fransalı hücumçunu heyətinə qatmaq niyyətindədir. Benzemanın bu təklifə münasibəti hələlik açıqlanmayıb.
Qeyd edək ki, təcrübəli forvard bu mövsüm 4 oyunda 3 qol vurub. Onun “Əl-İttihad”la müqaviləsi gələn ilin yayında başa çatır.

