13 İyul 2026
Dünya futbolu

“Fənərbağça” Kərəmə qovuşur

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Benfika”nın yarımmüdafiəçisi Kərəm Aktürkoğlu “Fənərbağça”ya transfer olunmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu futbolçu üçün 22,5 milyon avro və əlavə 2,5 milyon avro bonus ödəyəcək.

Xatırladaq ki, Kərəm daha əvvəl “Qalatasaray”ın heyətində çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43