Alan Sent-Maksimen “Fənərbağça”dakı icarə müddətini başa vuraraq müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna qayıdıb.
İdmanxeber.az-ın məlumatına görə, fransız vinger 2024–2025 mövsümündə İstanbul klubunda 24 oyunda iştirak edərək 3 qol və 4 assistlə yadda qalıb.
Mövsüm ərzində “Napoli” ilə transferi gündəmdə olsa da, sənədləşmə problemləri səbəbindən bu keçid baş tutmamışdı.
Futbolçunun “Əl-Əhli” ilə müqaviləsi 2026-cı ilə qədər davam edir.

