Dünyadan

Fatih Terim üzr istədi

Türkiyə millisinin baş məşqçisi Fatih Terim “Avro-2016″nın seçmə mərhələsində İslandiyaya 0:3 hesabı ilə məğlub olduqları matçı belə şərh edib.

İdmanxeber.com-un məlumatına görə, F.Terim bu fikirləri deyib:

“İslandiyanın bizi məğlub edəcəyini heç kəs gözləmirdi. Qol buraxdıqdan sonra fərqlənə bilərdik. Uduzmağımızın səbəbi on nəfərlə qalmağımız olmadı. Bu matça hazır deyildik. Havanın küləkli olması oyunumuza təsir etdi. Rəqib bizdən güclü idi. Biz yaxşı komandayıq, oyunumuz alınmadı. Hər kəsdən üzr istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43