13 İyul 2026
Dünya futbolu

Feliks Premyer Liqada qalmaq istəyir

“Atletiko”nun hücumçusu Joao Feliks gələn mövsüm də Premyer Liqada qalmağı planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, icarə əsasında “Çelsi”də çıxış edən oyunçu London klubundan ayrılmağa müsbət yanaşsa da, İngiltərədə oynamağa davam etmək niyyətindədir.

O, Çempionlar Liqasına vəsiqə qazanan komandaların birinə transfer olunmaq istəyir. 23 yaşlı portuqaliyalı müqaviləylə “Atletiko”ya məxsusdur. Onun “zadəganlar”la sözləşməsi mövsüm sonu bitir.

 Feliks London klubunda 17 oyun keçirib və 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43