Əmrə Bələzoğlu “Fənərbaxça”dan ayrılıb.
İdmanxeber.com-un məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Məlumatı futbolçunun meneceri Ahmet Bulut təsdiqləyib.
“Fənərbaxça”nın yeni kapitanı Mehmet Topal olacaq. Gökhan Gönül isə ikinci kapitan seçilib.