Kateqoriyasız

Millimizin üzvü: “Çempion da ola bilərdik”

Bildiyiniz kimi, Qazaxıstanda keçirilən “Prezident Kuboku” turnirində iştirak edən Azərbaycanın U-17 milli komandası turnirin finalında ispaniyalı həmyaşıdlarına penaltilər seriyasında məğlub olaraq ikinci yeri tutub. Azərbaycanın U-17 milli komandasının heyətində “Əlincə”nin futbolçusu Ricat Qarayev də çıxış edib. Futbolçu turnirlə bağlı fikirlərini klubun rəsmi saytı ilə bölüşüb:

“Biz bu turnirdən qabaq Gürcüstanda təlim-məşq toplanışı keçmişdik və buna görə də fiziki cəhətdən formada idik. Turnirdə çətin oyunlarımız oldu. Əsas məqsədimiz finala çıxmaq idi və bunu da bacardıq. İspanlarla keçirdiyimiz final oyununun da çətin keçəcəyini əvvəlcədən bilirdik, lakin tam gücümüzlə oynadıq və oyunu 1:1 hesablı bərabərliklə başa vurduq. Təəssüf ki, penaltilər seriyasında məğlub olduq, amma deməzdim ki, onlardan zəif oynadıq. Ötən il 1998-ci il təvəllüdlü komandamız da ispanlarla qrupda heç-heçə oynamışdı, biz də bu il finalda heç-heçə oynadıq. Çempion da ola bilərdik, sadəcə penaltilərdə bəxt üzümüzə gülmədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43