Dünyadan

“Fiorentina” “Mançester Yunayted” və “Barselona”nın arzusunu ürəyində qoydu

“Fiorentina” ulduz futbolçusu Xuan Kuadrado ilə yeni muqavilə imzaladı.

İdmanxeber.com-un məlumatına görə, Seria A komandalarından olan “Fiorentina” Xuan Kuadrado ilə muqaviləsini 2019-cu ilə qədər uzadıb. “Mançester Yunayted” və “Barselona” kimi komandalarında transfer etmək istədiyi ulduz futbolçu 2014 DÇ-da Kolumbiya millisində gostərdiyi performasla ulduzu parlamışdı.

Qeyd edək ki, ötən mövsum İtaliya komandası ilə 43 matça çıxan oyunçu 15 qolada imza atmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43