Futbol üzrə Türkiyə və Azərbaycan amputant komandaları Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qardaşlıq görüşündə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, matç saat 17:00-da “ASK Arena”da keçiriləcək. Tərəflər arasındakı oyuna böyük maraq var. Belə ki, “Kəpəz” amputant komandasının 4 üzvü də millimizdə çıxış edir.
Gəncə klubunun rəhbərliyinin təşkilatı ilə şəhərdəki qazilər yığmamıza dəstək üçün Bakıya gəliblər. Onların arasında “Kəpəz” klubunun uşaq futbolunun koordinatoru İlham Səmədov və təhlükəsizlik xidmətinin rəhbəri Elmar Əliyev də yer alıb.
Qardaşlıq matçının ardından hər iki komandanın üzvləri Azərbaycan Kubokunun final oyunu çərçivəsində keçiriləcək “Neftçi” – “Qəbələ” görüşünə dəvət ediləcək.


