Dünyadan

Gecənin daha bir tarixi rekordu

DÇ-2014-ün yarımfinalında Braziliyanı 1:7 hesabı ilə diz çökdürən Almaniya millisinin hücumçusu Miroslav Kloze dünya çempionatları tarixində daha bir rekorda imza atıb.

Sözügedən qarşılaşmada komandasının ikinci qolunun müəllifi olan Kloze mundiallar tarixində ən çox qol vuran futbolçu olub.

O, 16-cı qolunu vurmaqla 15 dəfə fərqlənən braziliyalı Ronaldonun rekordunu yeniləyib.

Bundan əlavə, Kloze dünya çempionatları tarixində qələbə sayını 16-ya yüksəltməklə, braziliyalı Kafuya məxsus rekorda şərik oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43