Ölkə futbolu

SON: “İnter” “Tiraspol” önünə ciddi itki ilə çıxacaq

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab matçı öncəsi sabah Moldova “Tiraspol”u ilə qarşılaşacaq “İnter” bu oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “bankirlər”in yeni transferi Elvin Məmmədov zədə səbəbindən sabahkı oyunda iştirak edə bilməyəcək.

Moldovanlarla oyun öncəsi məşq zamanı zədələnən Elvinin topuğu şişib və onun sabahkı oyuna kim itam hazır vəziyyətə gələcəyi gözlənilmir.

Qeyd edək ki, “İnter” – “Tiraspol” matçı saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43