Premyer Liqa

Gəncədə qələbə, Sumqayıtda heç-heçə – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Tura Gəncədə start veriləcək. Yunis Hüseynovun başçılıq etdiyi “Kəpəz” öz meydanında “Səbail”i sınağa çəkəcək. Cari mövsümdə öz azarkeşləri qarşısında bir xal belə qazana bilməyən “sarı-göylər” paytaxt klubunu büdrətməklə uğursuzluqa son qoymaq fikirindədi.

“Qəbələ” üzərində qələbədən sonra “Səbail”in düşərgəsində yüksək ab-hava var. Bu baxımdan da, qonaqların Gəncədə qələbəyə oynayacaqlarını düşünmək olar.

Günü digər matçı isə Sumqayıtda olacaq. Burada meydan sahibi “Sumqayıt” lider “Qarabağ”ı qonaq edəcək. Çempionluqa addım-addım yaxınlaşan Ağdam klubu Sumqayıt səfərində büdrəmək istəmir. Lakin meydan sahibləri də növbəti xal və ya xalları qazanmaqla avrokuboklara getmək yolunda böyük addım atmaq niyyətindədi.

Azərbaycan Premyer Liqası

XVIII tur

3 mart (şənbə)

15:00. “Kəpəz” – “Səbail” 2:1
Qol:
Dario Frederiko, 23 (1:0 pen) 
– Yevgeni Koçuk, 30 (1:1), Tərzin Cahangirov, 49 (2:1)

Gəncə şəhər stadionu

18:30. “Sumqayıt” – “Qarabağ” 1:1
Qollar: Amil Yunanov, 49 (1:0), Pedro Enrike, 75 (1:1)

Sumqayıt. Şəhər stadionu

4 mart (bazar)

15:30. “Qəbələ” – “Neftçi”

Qəbələ şəhər stadionu

18:00. “Zirə” – “Keşlə”

Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43