İdman

Hamşik Maradonaya çatır, sadəcə 1 qol

A Seriyasında dünən “Kalyari” ilə qarşılaşmada “Napoli”nin 3:0 hesablı qələbəsində komandasının ilk qolunu vuran Marek Hamşik yeni rekordun astanasına çatıb.

İdmanxeber.com-un məlumatına görə, “mavi-ağ” formalı komanda ilə qollarının sayını 114-ə çatdıran slovakiyalı oyunçu Neapol klubunun ən çox qol vuran oyunçusu adını almağa real namizəddi. Belə ki, bu günə qədər “Napoli”nin heyətində ən çox rəqib qapllarına yol tapan futbolçu 115 qolla əfsanvi Dieqo Armando Maradona olub. Hamşikin vuracağı 1 qol argentinalı veteran oyunçunun rekordunu yeniləyəcək.

Qeyd edək ki, yarımmüdafiəçi İtalya klubunun heyətində 11-ci ildi ki, çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43