İdman

I Divizionda 6-cı turun oyunları başa çatıb

Azərbaycan birinci divizionunda VI tura yekun vurulub.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, son oyun günündə iki görüş keçirilib.

“Ağsu” – MOİK – 1:1
Qollar
: Malik Babayev, 90 // Bəhruz Teymurov, 25-pen.
“Xəzər” – “Binə” – 0:0
Qeyd edək ki, turnir cədvəlinə 16 xalla “Qaradağ Lökbatan” başçılıq edir. MOİK 11 xalla 2-ci, “Turan “Tovuz” isə 10 xalla 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43