“Qələbəyə ehtiyacımız var idi. Ardıcıl oyunlarda uğursuzluğa düçar olurduq. Amma biz komandaya, futbolçulara inandıq”.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Bakı”nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Premyer Liqasının 32-ci turunda “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib:
“Xüsusən də, son 3 oyunda sərgilədiyimiz futbolla uğur qazanacağımıza inanırdım. Meydançada 10 nəfər qalandan sonra müəyyən mənada çətinliklərimiz oldu. Amma sonda qalib gələ bildik. Qələbəyə görə oyunçularıma təşəkkür edirəm”.

