Premyer Liqanın XVI turu çərçivəsində bu gün "Qarabağ" öz meydanında "Neftçi" ilə üz-üzə gələcək. Prinsipial rəqiblərin duelinə olan marağı nəzərə alıb Ağdam klubunun "İmarət" fan-klubunun idarə heyətinin üzvü Xaləddin Bayramovla əlaqə saxladıq.
İdmanxeber.com-a danışan Bayramov sabahkı oyunla bağlı təəsüratlarını və hazırlıqlar haqda məlumat verib:
"Bizim üçün bu matçın əhəmiyyəti böyükdü. Qarşılaşmaya ölüm-qalım məsələsi kimi baxırıq. Oyunla bağlı hazırlıqlarımız demək olar ki, artıq başa çatıb. Səbrsizliklə oyunun başlama saatını gözləyirik. "Qarabağ"ımızdan yalnız qələbə gözləyirik. Əgər kənar qüvvələr matça müdaxilə etsələr, buna etirazımız çox sərt şəkildə olacaq. O demək deyil ki, rəqibimiz "Neftçi"di, yox. Hələ "Neftçi"ylə çox görüşəcəyik. Bizi üzən hakim səhvləridi. Biz bu tarixə kimi ən güclülərdənik. Bunu da çempionluğumuzla sübut etməliyik. "Neftçi"ylə oyunda qalib gəlmək bizə hava və su kimi vacibdi.
"Neftçi"ylə matçda heç bir yenilik etmək fikrimiz yoxdu. Bu bizim üçün adi bir oyundur. Əsas sabahkı oyunda komandamıza daha çox azarkeş ordusu ilə dəstək verməkdi. "Qarabağ" qalib gəlib, layiq olduğu pilləyə yüksəlməlidi".
Sonda X.Bayramov sözlərinə belə davam edib:
"Biz azarkeşin çox olmağı ilə bağlı təbliğat aparırıq. Belə fakel filan düşünmürük… Hər iki kluba uğurlar arzu edirəm. İnanıram ki, bu döyüşdə qalib gələn tərəf "Qarabağ" olacaq".