Ölkə futbolu

“İnter”lə oyunda bu “Xəzər Lənkəran”lı oynamayacaq

Premyer Liqanın XVI turu çərçivəsində Bakıda “İnter”in qonağı olacaq “Xəzər Lənkəran” oyunöncəsi son məşqinə çıxıb. Komanda  matçın başlayacağı saatda “Şəfa” stadionunda bir saat ərzində əsasən yüngül təmrinlərdən ibarət çalışmaları yerinə yetirib. Hazırda heyətdə zədəli futbolçu yoxdur və yalnız ispan müdafiəçi Alvaro Silva 4 sarı vərəqə alması səbəbindən sabahkı qarşılaşmanı buraxmalı olacaq.

Xatırladaq ki, “İnter” – “Xəzər Lənkəran” matçı sabah saat 17:00-da “Şəfa” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43