Milli komanda Ölkə futbolu

“İngiltərə ilə oyundan xal qazana bilərik” – millimizin futbolçusu

“İngiltərə və Ukrayna qrupun favoritləridi. Onlara qarşı mübarizə aparmaq təbii ki, asan olmayacaq. Amma mümkünsüz heç nə yoxdur. Digər matçlara necə hazırlaşırıqsa, bu oyunlara da eyni yanaşacağıq. İki görüşdə də xal qazana bilərik”

Bu sözləri İdmanxeber.az saytına U-21 millimizin futbolçusu Mehrac Baxşalı Avropa çempionatı seçmə mərhələsi çərçivəsində keçiriləcək İngiltərə və Ukrayna görüşləri barədə danışarkən deyib. “Qəbələ”nin futbolçusu daha sonra belə davam edib:

Qrupda yer alan digər rəqibimiz Serbiyaya ilə daha öncə oynamışıq. Yaxşı komandadı. Amma onlardan evdə xal qazana bilərik. Qrupda güclü, favrorit komandalarla yanaşı, oynaya biləcəyimiz rəqiblər də var. Lüksemburq, Şimali İrlandiya millilərinə qarşı mübarizə apara bilərik. Bu oyunlarda qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, U-21 millimiz AÇ seçmə mərhələsində qrupda Serbiya, Ukrayna, İngiltərə, Lüksemburq və Şimali İrlandiya yığmaları ilə birgə mübarizə aparacaq. 

Xatırladaq ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun “Azersun Arena”da keçiriləcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43