Ölkə futbolu

“Turan Tovuz”un müdafiəçisinə milli dəvət

Panama milli komandasının KONKAKAF Millətlər Liqasının dördlər finalı üçün yekun heyəti açıqlanıb.

İdmanxeber.az məlumat verir ki, baş məşqçi Tomas Kristiansenin dəvət göndərdiyi futbolçular arasında “Turan Tovuz”un müdafiəçisi Roderik Miller də yer alıb.

Panama millisi yarımfinal oyununda martın 21-də Meksika ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə ABŞ və Yamayka milliləri üz-üzə gələcəklər.

Turnirin finalı 24 mart tarixində baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43