İdman

İngiltərə millisinin sabiq futbolçusu infarkt keçirdi

Futbol üzrə İngiltərə milli komandasının futbolçusu və “Çelsi” klubunun sabiq məşqçisi Rey Uilkins inkarkt keçirib.

Idmanxeber.com-un məlumatına görə, o, ürək çatışmazlığından sonra yerə yıxılıb. 

61 yaşlı çalışdırıcı daha sonra xəstəxanaya yerləşdirilib, hazırda komadadır.

Qeyd edək ki, R.Uilkins 1976-1986-cı illər ərzində İngiltərə milli komandasında çıxış edib. İngiltərəli sabiq yarımmüdafiəçi “Çelsi” klubunda da köməkçi məşqçi vəsifəsində çalışıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43