Dünyadan

İngiltərə Podolski üçün sondur

DÇ-2018-in seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparan Almaniya yığması martın 22-də İngiltərə ilə yoldaşlıq oyunu keçirəcək.Bu oyun "Qalatasaray"ın üzvü Lukaş Podolskinin Almaniya millisindəki sonuncu oyunu olacaq.

İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı futbolçu yerli mətbuata açıqlamasında bu barədə məlumat verib.

Xatırladaq ki, yığmamız Almaniya seçməsi ilə martın 26-də Bakıda üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43