Kateqoriyasız

“İnter” – “Sumqayıt” matçının hakimi nazirlikdəki işinə görə əvəzləndi

Premyer Liqasının XVI turunun bu gün keçiriləcək “İnter” – “Sumqayıt” görüşünün hakim təyinatlarında dəyişiklik edilib.

İdmanxeber.com xəbər verir ki, bu oyuna əlavə köməkçi hakim kimi təyinat alan Rauf Cabbarovu Xəlil Xəlilov əvəzləyib. Buna səbəb Rauf Cabbarovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki işidir.

Qeyd edək ki, “İnter” – “Sumqayıt” matçı bu gün saat 16:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43