Ölkə futbolu

“İnter” “Tiraspol”u “barter”ə razı sala bilmədi, canlı yayımın baş tutma ehtimalı var

Avropa Liqasının ilk təsnifat mərhələsinin matçında səfərdə Moldovanın “Tiraspol” klubu ilə qarşılaşacaq “İnter”in bu oyunu heç bir telekanal vasitəsi ilə canlı yayımlanmayacaq.

İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun verdiyi məlumata görə, onlar Moldova klubuna müraciət edibmiş, lakin qarşı tərəfin razılıq verməməsi matçın böyük ehtimalla telekanal vasitəsi ilə canlı yayımlanmamasına gətirib çıxardır:

“Moldova tərəfinə siqnalların “barter”ini təklif etdik. Onlar da buna razılaşmadılar. Maraqlı deyil onlar üçün. Çox güman ki, bu matç heç bir kanal vasitəsi ilə canlı yayımlanmayacaq. Ancaq biz də öz saytımız vasitəsilə göstərməyimizi istədik. Onlar da etiraz etmədilər. Buraya gələndə onlar da bizim TV-dən yararlanacaqlar. Əgər orada sürət problemi olmasa bu matçı öz TV-miz vasitəsi ilə cnalı yayımlayacağıq”.

Qeyd edək ki, “Tiraspol” – “İnter” matçı iyulun 3-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43