Kateqoriyasız

İsmayıllıda süni örtüklü meydança istifadəyə verildi

AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov bu gün İsmayıllı rayonunda olub.

İdmanxeber.az xəbər verir ki, onu səfər zamanı futbol veteranı Vəli Qasımov müşayiət edib. Məmmədov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birlikdə rayon ərazisinda AFFA tərəfindən inşa edilən süni örtüklü meydançanın açılışında iştirak edib.

İsmayıllını təmsil edən müxtəlif uşaq komandalarının üzvlərinə AFFA tərəfindən idman geyimləri, çanta, top hədiyyə olunub.

Elxan Məmmədov, Nahid Bağırov və Vəli Qasımov uşaqlarla birgə futbol oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43