27 İyun 2026
İdman

Rusiyada ölkəmizi 6 idmançı təmsil edəcək

Azərbaycanı Rusiyanın Xabarovsk şəhərində keçiriləcək Konstantin Korotkov Memorialında 6 boksçu təmsil edəcək.

İdmanxeber.az-ın məlumata görə, məşqçilər korpusu yarışda Ümid Rüstəmov (57 kq), Maqsud Xasmetov, Əzrək Bəbirov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadəyə (75 kq) şans verəcəklər.

Qeyd edək ki, 5 gün davam edəcək Memorialda Rusiya və Azərbaycanla yanaşı, Özbəkistan, Qırğızıstan, Tacikistan, Monqolustan, Belarus və Serbiya boksçuları da mübarizə aparacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43