27 İyun 2026
Dünya futbolu

Serxio Ramos MLS klubu ilə danışıq aparır

“Sevilya”nın müdafiəçisi Serxio Ramos karyerasını ABŞ-da davam etdirə bilər

İdmanxeber.az-ın məlumatına görə, futbolçu 2025-ci ildə MLS-də debüt edəcək “San Dieqo” klubu ilə danışıqlar aparır. Futbolçu “Sevilya” ilə müqaviləni yeniləmək istəmir.

Onun digər klublardan da təklifləri var.

38 yaşlı futbolçu bu mövsüm La Liqada 25 oyuna çıxıb və 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43