Dünya futbolu

İzmayılov ermənilərin klubuna keçdi

Rusiya millisinin və “Qəbələ”nin sabiq futbolçusu Marat İzmaylov Moskvanın “Ararat” klubuna keçib.

İdmanxeber.com-un məlumatına görə, 34 yaşlı futbolçu qarşıdakı mövsümü Rusiyanın ikinci divizion klubunda keçirəcək.

Xatırladaq ki, ermənilərə məxsus “Ararat” klubu 2017-ci ildə yaradılıb və Rusiyanın 3-cü divizionunda mübarizə aparıb. Yeni mövsümdən ikinci divizionda çıxış edəcək komanda Marat İzmaylovdan əvvəl daha bir tanınmış futbolçu – Roman Pavlyuçenkonun da transferini reallaşdırmışdılar. Klubun, prezident Andronik Keropyandır.

Qeyd edək ki, Marat İzmaylov karyerası ərzində “Lokomotiv”, “Sportinq”, “Portu”, “Qəbələ” və “Krasnodar” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43