Misli Premyer Liqasının 35-ci turun6n oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, tura “Kəpəz” – “Neftçi” oyunu ilə start verilib. Gəncə şəhər stadionunda aparılan yenidənqurma işləri səbəbindən Qəbələdə keçirilən matçda “ağ-qaralar” qələbə qazanıb -3:1.
Turnir cədvəlində üçüncü pillədə qərarlaşan “flaqman”ın aktivində 65 xalı var.
Premyer Liqada qalmağı təmin Tərlan Əhmədovun yetirmələri isə 30 xalla 7-ci sırada qərarlaşıb.
Misli Premyer Liqası, XXXV
18:00 “Kəpəz” – “Neftçi” 1:3
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun geridə qalan 4 oyunu sabah eyni vaxtda – saat 16:30-da başlayacaq.