27 Dekabr 2024
Ölkə futbolu

“Kəpəz” tərəfi AFFA-dan zəng gözləyir: “İnanırıq ki, yaxın zamanlarda bizi sevindirəcəklər”

Bu ilin mart ayında Gəncə Futbol Akademiyasının açılışı oldu.

AFFA-nın dəstəyi ilə inşa olunan bu akademiyanın saxlanılması, gözlənilənlərin reallaşması üçün kluba ayrılan vəsaitin artırılması şərtdi. Hazırda AFFA akademiyanın saxlanılması üçün kluba 400 min manat pul köçürür. 

Gəncə Futbol Akademiyasının rəhbəri Cabir İbrahimov İdmanxeber.az-a açıqlamasında mövcud problemin ən qısa zamanda həllinə inandığını, AFFA-dan bu yay dəstək gözlədiklərini bildirib:

“Bu gün Gəncədə uşaq futbolunun inkişafı üçün AFFA tərəfindən inşa olunan akademiyada şərait yüksək səviyyədədi. Müasir standartlara cavab verən futbol akademiyamız var. Lakin bu gün klubun daxili imkanları yoxdu ki, uşaq futboluna, akademiyamıza öz töhfəsini versin. AFFA-dan ayrılan məbləğ isə yetərincə deyil. Bəlkə də, akademiyamıza AFFA tərəfindən və yaxud yeni sponsor cəlb olunsa, yeni maliyyə layihəsi təqdim  olunsa, daha yaxşı işlər görmək olar. Bugünkü məhdud imkanlarla çox işlər görmək mümkün deyil. Ayrılan maliyyə ilə gözlənilən nəticəni vermək olduqca çətindi.

AFFA-da rəhbər dəyişikliyi baş verdi. Mövsüm də başa çatır. Biz AFFA-dan ümidliyik. Belə bir akademiya yaradılıbsa, stadionlar salınıbsa, bunun saxlanılması üçün yaxşı maliyyə lazımdı. İnanırıq ki, AFFA bizi yaxın zamanda sevindirəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43