Dünya futbolu

“Bu mükafatı Arteta ilə bölüşürüəm” – Pep Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada mövsümün ən yaxşısı olmasını şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis mükafat qazandığı mükafatı həmkarları ilə bölüşüb:

“Mən bu mükafatı son tura qədər etdiyi inanılmaz iş üçün Mikel Arteta ilə bölüşürəm. Əlbəttə, həm də Yurgen Klopp ilə illər ərzində unudulmaz döyüşlər olub. Həmçinin Unay Emeri də inanılmaz işlər gördü.

Mən bunu həm də Premyer Liqada ilk mövsümündə yaxşı çıxışı üçün “Bornmut”un çalışdırıcısı Andoni İraola ilə bölüşmək istərdim. Onların hamısına yaxın olmaq və bu kuboku qazanmaq mənim üçün böyük şərəfdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43