Ölkə futbolu

Kamran Ağayev üçün sadəcə bir variant qaldı

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev "Bakı"dan qovulduqdan sonra özünə klub tapa bilmir.

İdmanxeber.com-un məlumatına görə, ölkənin bir nömrəli əlcək sahibinin adı "Qəbələ" ilə yanaşı çəkilsə də bu xəbər də yalandan başqa bir şey olmadı. Hətta autsayder "Sumqayıt" belə Ağayevə "yox" dedi. 

"Zolaqlılar"ın çalışdırıcısı Milinko Pantiç isə Ağayevi bağışlamaq fikrində deyil. Əgər Kamran Ağayev özünə klub tapa bilməsə böyük ehtimalla formasını qorumaq üçün "Bakı"nın əvəzedicilərində çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43