Dünyadan

Kamransız “Boavişta”nın növbəti sınağı

Portuqaliya Premyer Liqasında 18-ci turun görüşləri keçirilir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” səfərdə “Arouka”nın qonağı olacaq. Ağayev cəza səbəbindən bu görüşdə komandasına kömək edə bilməyəcək. Emin Mahmudov isə baş məşqçinin şans verəcəyi halda meydanda olacaq.

Qeyd edək ki, “Arouka” – “Boavişta” qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43